Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:41

11-ci sinif şagirdlərinin 60 faizindən çoxu «2» və «3» qiymət alıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, QazaxTovuz şəhərlərində 9-11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanın nəticələri

Ana dili Riyaziyyat
qiymət şagird sayı qiymət şagird sayı
[ 2 ] 466 [ 2 ] 1121
[ 3 ] 6367 [ 3 ] 6378
[ 4 ] 2761 [ 4 ] 2455
[ 5 ] 1513 [ 5 ] 1153
Cəmi 11107 Cəmi 11107

11 illik tam orta təhsil bazası üzrə buraxılış imtahanlarında iştirak etmiş 11107 şagirddən 1513 nəfər «Ana dili» fənni üzrə, 1153 nəfər isə «Riyaziyyat» fənni üzrə «5» alıb. İmtahana qatılan məzunlardan 466-sı Azərbaycan dili, 1121-i «Riyaziyyat» fənni üzrə ən aşağı qiymət – «2» alıb. Hər iki fənn üzrə «3» alanların sayı 50 faizdən çoxdur.

Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələri

Ana dili Riyaziyyat
qiymət şagird sayı Qiymət şagird sayı
[ 2 ] 1742 [ 2 ] 2725
[ 3 ] 11003 [ 3 ] 10508
[ 4 ] 2582 [ 4 ] 1695
[ 5 ] 633 [ 5 ] 1032
Cəmi 15960 Cəmi 15960

Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanlarında iştirak etmiş 15690 şagirddən isə 11003 nəfər «Ana dili», 10508 nəfər «Riyaziyyat» fənni üzrə «3» alıb. İmtahanlarda bilikləri «kafi» qiymətləndirilən şagirdlərin sayı təxminən 70 faiz təşkil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG