Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:27

ABŞ gənc immiqrantlara qarşı qaydaları asanlaşdırır


Foto: Arxiv
Birləşmiş Ştatlar gənc qanunsuz immiqrantlara qarşı liberal qanun qəbul edib.

Təcili qüvvəyə minən yeni qanuna görə, yeniyetmə vaxtı ABŞ-a gəlmiş, ölkədə 5 il yaşamış, ali təhsilli və ya təhsilini davam etdirən, məhkumluğu olmayan 16-30 yaş arası şəxslər ölkədən deportasiya edilməyəcəklər.

Onların hamısı Birləşmiş Ştatlarda məhdudiyyətsiz iş icazəsi ala biləcəklər.

Prezident Barack Obama bildirib ki, bu, qanunsuz immiqrantlar üçün amnistiya deyil. Sadəcə, yüz minlərlə insanı «kölgə iqtisadiyyatı»ndan çıxarmaq ABŞ-ın maraqlarına xidmət edir.

O qeyd edib ki, bu, ABŞ-ın immiqrasiya sistemini daha ədalətli edir.

Bunu seçkiqabağı gediş sayan müşahidəçilər hesab edirlər ki, Obama bununla immiqrant qohumu olan ispandilli əhalinin səsini qazanmaq istəyir.
XS
SM
MD
LG