Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 00:57

Misirda prezident seçkisi keçirilir


Ərəb Dövlətləri Liqasının rəhbəri Amr Mussa həmvətənlərini bu gün başlanmış prezident seçkisində fəallığa çağırıb.

Seçkinin birinci mərhələsində prezidentlik uğrunda mübarizə aparımış Mussa Misirdə dünyəvi dövlətçiliyin qorunub saxlanmasının tərəfdarıdır.

Seçkinin ikinci mərhələsində “Müsəlman qardaşları” hərəkatının namizədi Mohammed
Mursi və keçmiş prezident Hosni Mubarakın dövründə sonuncu baş nazir olmuş Ahmed Shafik mübarizə aparırlar.

Ölkənin Konstitusiya məhkəməsi bu yaxınlarda keçirilmiş parlament seçkisinin legitim olmadığını bəyan etdiyinə görə prezident seçkisi siyasi gərginlik fonunda keçirilir.

Çoxları ehtiyat edir ki, bu qərarın arxasında hazırda ölkəni idarə edən müvəqqəti ali hərbi şura durur.
This item is part of
XS
SM
MD
LG