Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:56

«Qazancımızın 70 faizi niyə yeməyə gedir»


Mətbuat icmalı
Mətbuat icmalı
-
«Qazancımızın 70 faizi niyə yeməyə gedir».

«Bizim yol» qəzeti bu suala cavab axtarıb. Qəzet iqtisadçıların köməyi ilə belə nəticəyə gəlib ki, Azərbaycanda «əhalinin gəlirləri az, qiymətlər baha olduğu üçün əsas məbləğ ərzağa xərclənmiş olur».

Qəzet yazır ki, «sivil dövlətlərdə ərzağa çəkilən xərc 30-35 faiz təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm iki dəfə çoxdur».

«Yeni Müsavat» yazır ki, «London taksiləri» böhran yaşayır.

«Eurovision»dan sonra bu taksilər müştərisiz qalıb, 63 sürücü işləməkdən imtina edib. Nəqliyyat Nazirliyi isə «Jiquli» ilə bağlı qərarında israrlıdır.

«Azadlıq» qəzeti gömrükdəki korrupsiyadan yazır.

Qəzetə görə, «Türkiyə ötən il ölkəmizə 2.2 milyard dollarlıq mal ixrac etdiyi halda , gömrük komitəsi Azərbaycana 1.2 milyard dollarlıq mal idxal olunduğunu bəyan edir».

Qəzet Gömrük Komitəsinin saytında yerləşdirilən rəqəmlərə də diqqət çəkir:

«Məsələn, Dövlət Gömrük Komitəsinin saytında yerləşdirilən sonuncu məlumata əsasən, 2011-ci ilin 10 ayı ərzində Azərbaycandan Türkiyəyə 399 milyon dollarlıq mal ixrac edilib, idxal isə 990 milyonu ötüb».

«Futbol+» qəzeti «Avro 2012»də həlledici anın çatdığını yazır. Qəzetə görə, qruplarda dolaşıq hallar da yaşana bilər:

«İlk 2 turdan sonra qrupda elə vəziyyət yaranıb ki, Rusiyaya növbəti mərhələyə çıxmaq üçün heç-heçə də bəsdir. Hətta 5 top fərqi ilə uduzsa bel, 4-də 1 finala adlayacaq, rusların 5 top fərqi ilə uduzması belə onları sevindirəcək».

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) xəbər verir ki, ölkədə inşaat işlərinin aparılması üçün yanvar-may aylarında əsas kapitala 4.5 milyard manat vəsait yönəldilib. Bu, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 28.3 faiz çoxdur:

«Vəsaitin 2.2 milyard manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf edilib.
Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 26.6 faiz artaraq 2.6 milyard manat təşkil edib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG