Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:59

Qazaxıstanda onlarla nadir sayqa güllələnib



Qazaxıstan hökuməti ölkənin şimal-şərqində Aqtobe rayonunda 60-a yaxın nadir sayqa antilopunun ölüdürülərək buynuzlarının kəsildiyini bildirir. Rəsmilər bunun qiymətli buynuzlara görə qanunsuz ov olduğunu guman edirlər.

Aqtobe-də qara bazarda sayqa buynuzunun cütü 12 000 təngəyə - təxminən 80 dollara satılır. Həmin buynuzlarda ənənəvi Tibet və Çin təbabətində istifadə olunur.

Sayqa nəsli kəsilməkdə olan antilop növüdür. On illərlə kütləvi şəkildə ovlandığından hazırda yalnız Qazaxıstanda və Rusiyanın Kalmıkiya əyalətində yaşayırlar.

Bu ilin aprelində də Qazaxıstanda 1000-ə yaxın sayqanın cəsədi tapılmışdı. Rəsmilər onların yoluxucu xəstəlikdən öldüyünü bildiriblər.
XS
SM
MD
LG