Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Qadını aborta məcbur edənlər işdən qovulacaq


Çində 3 rəsmi şəxs saxlanılıb və bir qadını aborta məcbur etdiklərinə görə üzr istəmək əmri verilib.

Çin mətbuatı yazır ki, iyunun 2-də Feng Jianmei adlı qadın rəsmilər tərəfindən döyülüb və 7 aylıq uşağı abort etdirilib. Buna səbəb isə onun 2-ci uşağı doğmasına görə 6300 dollar civarında cəriməni ödəmək imkanının olmamasıdır.

Hadisə Çində böyük hay-küyə səbəb olub və ölkənin “hər ailədə 1 uşaq” qaydasının tənqidini gücləndirib.

Aborta məcbur edilmiş qadının və onun ölü körpəsinin çarpayı üstündəki fotoları internetdə yerləşdirilib.

Rəsmi Xinhua Xəbər Agentliyi yazır ki, bu olayda adı keçən 3 məmur öz vəzifəsindən kənarlaşdırılacaq.
XS
SM
MD
LG