Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:09

Eks-prezidentlər haqqında qanun... [Video]


Eks-prezidentlər haqqında qanun...
Gözlə

No media source currently available

0:00 0:21:13 0:00
Direct-ə keçid

Keçmiş prezident Ayaz Mütəllibov və hüquqşünas Ənnağı Hacıbəyli qanun layihəsinin töhfələrindən danışıblar. Ayaz Mütəllibov verilən suallara etiraz edərək müzakirədən yarımçıq ayrılıb.

-
«Eks prezidentlər haqqında qanun Konstitusiyada göstərilən hakimiyyətin bölgüsü və balanslaşdırılması prinsipinə ziddir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramına hüquqşünas Ənnağı Hacıbəyli deyib. Onun fikrincə, bu qanunla qanun pozuntuları törətmiş prezidentin məsuliyyətdən yayınmasına imkan verilir:

«Bu qaydada nizamlama aparmaq normal dövlətin qaydalarına sığmır. Bu qanunla eks-prezident və arvadı həm işlədiyi dövrdə, həm də ondan əvvəlki dövrdə bütün ağır, yüngül cinayətlərə görə məsuliyyətdən kənarda saxlanılır».

Ə.Hacıbəyli deyir ki, bu qanun konstitusiyada göstərilən hakimiyyətin bölgüsü və balanslaşdırılması prinsipinə ziddir:

«Məhkəmə hakimiyyəti qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi vəzifəsi daşıyır. Lakin bu qanun həmin vəzifənin icrasını qeyri-mümkün edir».

Eks-prezident Ayaz Mütəllibov isə aparıcının suallarından qeyzlənib və verilişi yarımçıq tək edib.

- Qanunla bağlı ilk təəssüratlarınız nədir?

- Azərbaycanın demokratik islahatlar yolunda mühüm bir addım atılıb. Bu isə Azərbaycan dövlətinə, cəmiyyətinə, xalqına şərəf verir. Geci-tezi olsa da, yaxşıdır ki, bu qərar qəbul olunub.

- Siz Azərbaycana uzun müddət cinayət məsuliyyətinə görə gələ bilməmisiniz. Bu qanun Sizin situasiyanıza aydınlıq gətirir. Təsəvvür etsək ki, belə bir qanun Misirdə və ya Liviyada qəbul olunsaydı, öz xalqına qarşı cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən yaxa qurtarardı.

- Siz niyə bu paralelləri aparırsınız? Bizim o adını çəkdiyiniz ölkələrlə nə işimiz var? İkincisi, qanun qəbul olunub, onun təhlilinə bu canlı efirdə nə ehtiyac var? Mənim heç bir cinayətim olmayıbdır. Bunlar hamısı siyasətbazlıqla bağlı olan məsələlər idi. Burda insan haqlarından danışmaq lazım idi. Prezident insandır birinci növbədə. Onun arxasınca nə istəyirsiniz danışmaq olar, hansı cinayəti istəyirsiniz kağızda törətmək olar.

- Amma bu qanun təkcə Sizinlə bağlı deyil, gələcəkdə prezident olacaq adamlarla bağlıdır.

- Onda mənimlə niyə danışırsınız? Niyə mənə zəng etmisiniz?

- Çünki Siz ölkəmizin prezidenti olmusunuz.

- Olmuşam, onun da cəzasını 20 ildir çəkmişəm. İndi bu söhbətin yeri var bəyəm?

- Siz hesab edirsiniz ki....

- Mən heç nə hesab etmirəm. Xudahafiz!

Verilişi tam olaraq buradan dinlə:

XS
SM
MD
LG