Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

«Facebook»da futbol ehtirasları. «Avro 2012»nin çempionu kim olacaq?


«Facebook»da futbol ehtirasları.
Gözlə

No media source currently available

0:00 0:54:57 0:00
Direct-ə keçid

Azarkeş Natiq Cəfərli, idman şərhçiləri Dr. Ziya və Kənan Məstəliyevin proqnozları və şərhləri Azadlıq Facebook Məkanında

Avropa nəhənglərinin üz-üzə gəldiyi bu çempionat əvvəlki çempionatlardan nə ilə fərqlənir? Azərbaycan və Türkiyə yığmalarının kənarda qaldığı bu yarışda yerli azarkeşlər hansı yığmanı izləyir?

Azarkeş Natiq Cəfərli, idman şərhçiləri Dr. ZiyaKənan Məstəliyevin proqnozları və şərhləri Azadlıq Facebook Məkanında.

- Yaxşı azarkeş kimdir?

Natiq Cəfərli:

- Yaxşı azarkeş həm oyunun gedişatını yaxşı şərh edə bilir, futbol anlayışı yüksək səviyyədə olur, həm də oyunçuların hansı səviyyədə oynaya bilmək qabiliyyətini, hansı taktik gedişlərdən istifadə etməsi kimi məsələləri şərh edir. Futbol maraqlı və çoxşaxəli oyundur, oyunçuların adlarını bilmək və ya komandanın uğurlarını yadda saxlamaq hələ yaxşı azarkeş olmaq demək deyil.

- İndiyə kimi oynanılan oyunlardan ən çox hansı yadda qalıb?

Xorvatiya-İtaliya oyunu
Xorvatiya-İtaliya oyunu
Kənan Məstəliyev:

- 2012-ci ilin Avropa çempionatı məndə ikili hisslər doğurur. Oyunlar baxımlı, çoxqollu, emosiyaların çox olduğu bir şəraitdə keçir. Amma bu çempionatın aşkar favoriti yoxdur. Baxmayaraq ki, çempionata qədər Almaniya və İspaniyanın yığmaları aşkar favorit idi. Bu proqnozlar düz çıxır, amma onların stabil oynamadığını görürsən. Düzdür, Almaniya nisbətən möhkəm komanda təsiri bağışlayır, amma hər iki komandanın finala qədər büdrəməyəcəyinə zəmanət vermək mümkün deyil. Yadımda isə ən birinci oyunlar qalıb - Polşa-Rusiya, və Rusiya-Çexiya. Sonrakı oyunlarda məni təəccübləndirən nəticə olmadı.

- «Euro 2012»nin çempionu kim olacaq?

Dr. Ziya:

- Sensasiya baş verməsə, finala Almaniya və İspaniya çıxacaq. Turnir cədvəli elə qurulacaq ki, bu komandalar bir də finalda görüşəcəklər. İspaniyanın şansları çoxdur. Onlar rəqibi yora bilirlər. O qədər yorurlar ki, axırda seyrçi də yorulur. Düşünürəm ki, Portuqaliya və İtaliya yığmalarından çox şey gözləmək olar.
İtaliya-İspaniya oyunu
İtaliya-İspaniya oyunu
Burda çoxlu əgərlər var. Əgər Portuqaliya və İtaliya ¼-ə vəsiqə qazana bilsələr, orda onları heç kim saxlaya bilməz. Mən qalib kimi İtaliyanı görürəm. Finalda isə Portuqaliya və İtaliya cütlüyünü görürəm.

- Rusiyalı azarkeşlərlə polşalı azarkeşlərin davasında sırf oyun azarından doğan qəzəb, yoxsa siyasət vardı?

- Almaniya kansleri Angela Merkel’in boykotu çempionata təsirini göstərdimi?

- Futbol, xüsusilə yığmalar arasındakı oyunlar dünyaya sülh gətirir yoxsa əksinə, millətlər arasındakı zolağı qalınlaşdırır?


Müsahiblərin bu və digər suallara verdiyi cavabları dinlə


XS
SM
MD
LG