Bakıxanov qəsəbəsinin sakini Nüşabə Quliyeva AzadlıqRadiosunun «Qaynar xətt»inə 169 saylı orta məktəbin direktorundan şikayət edib. Deyir ki, uzun illərdir məktəbin qonşuluğundakı yataqxanada yaşayır. Orada yaşayan vaxtdan da yataqxanaya məxsus olan həyətyanı sahədən istifadə edir. Bir neçə il əvvəl məktəbin həyəti ilə yataqxananın həyətini kəsən dəmir çəpər məktəb rəhbərliyi tərəfindən daş hasarla əvəz edilib. İndi isə daş hasar da sökülüb və məktəb direktoru onun istifadəsində olan sahəni məktəbin ərazisinə qatıb.
Nüşabə Quliyeva: «Başqaları o vaxt öz sahələrini satdılar, gəlib alanlar da yerində villalar tikdilər, mən satmadım, 30-a yaxın ağac əkdim. Bu yaxınlarda məktəbin direktoru Elnarə Tağıyeva şagirdlərə hasarı uçurtdurdu, ağacları kəsdirdi, sahəni məktəbin həyətinə qatdı. İndi də deyir burda heç vaxt hasar olmayıb».
Nüşabə Quliyeva deyir ki, həyətyanı sahədən istifadə edir ancaq sahəyə dair heç bir sənədi yoxdur:
«Bu həyətyanı sahədən məndən qabaq bu evdə yaşayan adam istifadə edib. O gedəndən sonra mənə qaldı. Sənədləşdirməyə imkanım olmadı. Mənim sahəmin yanında villalar tikilib, gücləri çatırsa, gəlib villaları söküb məktəbin ərazisinə qatsınlar, mənim çəpərimi yox».
BAKIXANOVDA NƏ ZİBİL VARSA, DAŞIYIB YIĞMIŞDI ORA...
169 saylı məktəbin direktoru Elnarə Tağıyeva isə deyir ki, həmin sahə sənədlə məktəbə məxsusdur:
«O qadın məktəbin həyətini zəbt edib «kravat setkaları»nı düzmüşdü ki, bu da çəpərdir. Nə vaxt yaxınlaşırdıq ki, təmizlik işləri aparaq, imkan vermirdi, deyirdi özümü yandıracam. Məktəbin həyətində dövlət proqramına uyğun olaraq idman zalı tikilməlidir. Müraciət elədik ki, «kravatları» yığışdır, hay-küy saldı. Oranı zibilxanaya döndərmişdi. Bakıxanovda nə zibil varsa, daşıyıb yığmışdı ora. Başa sala bilmirəm ki, bura nə mənim deyil, nə də sənin, dövlətin yeridir. 3-4 sot torpaqdır, məktəbin ərazisinə verilib. Nüşabə Quliyevanın həmin torpağa sənədi yoxdur, o vaxt oranı zəbt edib».
Nüşabə Quliyeva Sabunçu rayon Məhkəməsinə şikayət edib. Mübahisəli sahənin Nüşabə Quliyevaya, yaxud 169 saylı orta məktəbə məxsus olmasını məhkəmə müəyyən edəcək.