Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 02:56

ATƏT sədri Azərbaycanda diffamasiyadan danışdı


«Azərbaycan regionda yeganə ölkədir ki, diffamasiya haqda qanununu qəbul etməyib. Hesab edirəm ki, bu məsələ tezləşdirilməlidir. Bunun qəbul olunması vacibdir».

Bunu iyunun 14-də ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore parlamentin vitse-spikeri Bahar Muradova ilə görüşündə deyib.

Eamon Gilmore növbəti seçkilərə dəvət olunacaqlarını gözlədiklərini də bildirib. Bahar Muradova deyib ki, diffamasiya haqqında qanunun qəbul olunması üçün Azərbaycan bütün işləri görür.

Seçkilərə gəlincə, Bahar Muradova deyib ki, dəvət mütləq olacaq. «Azərbaycan bütün beynəlxalq müşahidəçiləri seçkiyə dəvət edərək normal müşahidə üçün şərait yaradacaq».

Eamon Gilmore son günlər atəşkəsin pozulmasından da narahat olduğunu deyib.
XS
SM
MD
LG