Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

«Azadlıq» qəzetinin əməkdaşı polisə çağırılıb


Natiq Ədilov
Natiq Ədilov
AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzetinin əməkdaşı Natiq Ədilov (Güləhmədoğlu) iyunun 13-də Sabirabad rayon polis idarəsidə olub.

Natiq Ədilovun AzadlıqRadiosuna verdiyi məlumata görə, polis idarəsində ona bildiriblər ki, İctimai Palatanın İTV-nin qarşısında keçirdiyi 24 may aksiyasına görə DİN-dən idarəyə göndərilən məktub əsasında çağırılıb.

«Mənimlə Sabirabad rayon polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin əməkdaşı Seyran Mehdiyev söhbət etdi. Mənə iyunun 2-də DİN-dən polisə gələn məktubu göstərdilər. Orda qeyd olunurdu ki, mayın 24-də İctimai Televiziya qarşısında keçirilən aksiyada iştirak etmişəm, əhalinin istirahət hüququnu pozmuşam. Onlara bildirdim ki, fəal kimi həmin aksiyaya heç bir aidiyyatım olmayıb. Jurnalist kimi aksiyanı işıqlandırmışam. Buna görə nə saxlanmışam, nə də mənə xəbərdar edilib. Sabirabad rayon polis idarəsinə göndərilən məktub ya polisin qeyri-peşəkarlığından xəbər verir, ya da mənə təzyiq kimi qiymətləndirilməlidir».

Natiq Ədilov deyir ki, polisdə onunla «profilaktik söhbət» də aparmaq istəyiblər:

«Mənə mitinqlərə çıxmamaq, hətta indiki fəaliyyətimdən kənarlaşmaq kimi söhbətlər də etdilər. Mən də onlara bildirdim ki, polisin siyasi söhbətlər etməsi qanunsuzdur. Onlar da mənə dedilər ki, biz səninlə elə-belə söhbət edirik».

Sabirabad rayon polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin əməkdaşı Seyran Mehdiyev isə Natiq Ədilovun polisə çağırılması və ondan izahat alınmasında qeyri-adi bir şey görmür:

«Natiq Ədilovu bizə daxil olan məktub əsasında polisə çağırmışıq və izahat almışıq. O bizim rayonumuzun sakinidir və çağırıb söhbət etdik».
XS
SM
MD
LG