Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:51

Bakıda məcburi köçkünlərin yaşadıqları binada yanğın olub [Video]


Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00
-
İyunun 13-də Binəqədi rayonun 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli binada yanğın olub. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Artıq yanğın söndürülüb.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

O, xəsarət alan şəxslərə lazım olan tibbi yardım göstərildiyini də qeyd edib.

Nazir müavininin sözlərinə görə, ərazidə çoxsaylı kiçik tikintilər olduğundan texnika yanğın baş verən əraziyə yetərincə yaxınlaşa bilməyib. Ona görə də yanğın söndürülməsində problem yaranıb. Eyni zamanda binada qaz balonlarının olması təhlükə yaradıb: «Amma artıq biz yanğın mənbələri sayılan yerlərdə yanğının söndürülməsinə nail olmuşuq».

YANĞININ SƏBƏBLƏRİ ARAŞDIRILIR

Nazir müavini hazırda yanğının baş vermə səbəbləri barədə təhqiqatçılar tərəfindən araşdırılma aparıldığını deyib.

E. Mirzəyev yanğının təxminən 1000 kvadratmetrə qədər ərazini əhatə etdiyini açıqlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən artıq canlı qüvvəsi, 20-dən çox yanğınsöndürən maşın cəlb olunub. Eyni zamanda 2 yanğınsöndürən helikopter ehtiyat tədbirləri görülməsi üçün havada saxlanılıb, lakin onların xidmətindən istifadə edilməyib.

MƏCBURİ KÖÇKÜNLƏR GÜNÜN SONUNADƏK MƏSKUNLAŞDIRILACAQ

Əli Həsənov
Əli Həsənov
Bu arada Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, dövlət proqramına əsasən, yaxın zamanlarda bu ailələrin köçürülməsi nəzərdə tutulub. Həm Bakı Dövlət Universitetinin yataqxanalarında, həm də bu binalarda məskunlaşan köçkünlər nəzərdə tutulan əraziyə köçürüləcəklər.

Ə. Həsənov bildirib ki, bu gün baş vermiş yanğından zərər çəkən məcburi köçkünlərin hamısı başqa yerdə yerləşdiriləcək: «Hələlik ailələrə dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə barədə prezidentə də məruzə olunub. Zərər çəkən şəxslər günün sonunadək məskunlaşdırılacaqlar».

Komitə sədrinin sözlərinə görə, Maliyyə Nazirliyi ilə məsləhətləşmələr aparılıb və qərara alınıb ki, Binəqədi rayonunda hazır binalarda bu gün, ən geci sabah ərzində mənzillər ayrılsın və zərərçəkənlər orada məskunlaşdırılsın.

Binada Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlər məskunlaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG