Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

Myanma müxalifətinin Avropaya səfərə çıxır


Bu gün Myanma müxalifətinin lideri Aunh Suu Kji Avropaya gedir. Bu Suu Kjinin 1988-ci ildən sonra Avropaya ilk səfəridir.

İki həftəlik səfəri zamanı o Avropanın müxtəlif şəhərlərində olacaq. Norveçin paytaxtı Osloda isə ona Nobel mükafatı təqdim ediləcək. Aunh Suu Kji Nobel sülh mükafatına 1991-ci ildə layiq görülmüşdü.

Aunh Suu Kji ümumilikdə 24 il həbsdə olub. 1999-cu ildə Myanma hakimiyyəti ona xərçəng xəstəsi olan həyat yoldaşı ilə vidalaşmaq üçün xaricə getməyə icazə verməmişdi. Aunh Suu Kjinin həyat yoldaşı Britaniya vətəndaşı olub.
XS
SM
MD
LG