-
«ANAN-BACIN VAR»
Bunu deyən bir qadındır, iki polisə müqavimət göstərərək, əllərindən çıxmağa çalışan, kimliyi bilinməyən bir qadın.
Bir neçə gün öncə sosial şəbəkələrdə belə bir video yayılıb. İki polis bir qadını zorla, sürüyərək aparır, nəticədə qadının üst paltarı əynindən çıxır. Yarıçılpaq qalan qadın «Məni niyə sürüyürsüz, buraxın məni, anan-bacın var» deyə az qala yalvarır. Bu videonu yoldan keçənlər çəkib. Hadisənin təxminən 1 il öncə Gəncədə baş verdiyi güman olunur.
DİN HADİSƏNİ PİSLƏYİR
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, hadisəylə bağlı araşdırmaya başlanıb:
Orxan Mansurzadə qadının kimliyinin hələlik müəyyənləşdirilmədiyini də bildirdi.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov isə APA-ya deyib ki, DİN belə halları birmənalı şəkildə pisləyir:
«AZƏRBAYCAN MENTALİTETİ, AZƏRBAYCAN KİŞİLƏRİ HAQDA DEYİLƏNLƏR ƏFSANƏDİR»
Baş verənlərə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun reaksiyası belə oldu:
Leyla Yunus Prezident Administrasiyasında ictimai-siyasi şöbənin Əli Həsənovun son çıxışlarından birində qadınlarla bağlı dediklərini yada salır. Əli Həsənov qeyri-hökumət təşkilatları ilə bağlı konfransda İctimai Palatanın aksiyalarına toxunaraq demişdi:
Leyla Yunus deyir ki, nə vaxta kimi bu təfəkkürə sahib insanlar hökumətdə işləyəcək, o vaxta kimi də qadınlara münasibət, onlarla rəftar dəyişməyəcək. Son olaraq Leyla Yunus son 5 ildə Azərbaycanda polisin qadınlara, uşaqlara qarşı kobud davranışının artdığını deyir.
ƏLİ ƏHMƏDOV: «VƏTƏNDAŞ POLİSƏ MÜQAVİMƏT GÖSTƏRMƏKLƏ SƏHVƏ YOL VERİR»
YAP sədrinin müavini Əli Əhmədov isə AzadlıqRadiosuna deyib ki, həmin videonu görmədiyi üçün qiymət verməkdə çətinlik çəkir. Amma hesab edir ki, hər bir vətəndaş qanun keşiyində duran polisə müqavimət göstərməklə səhvə yol verir:
«Polis hər hansı vətəndaşı şöbəyə dəvət etməkdə səhvə yol verirsə, bunu polisə getməklə sübut eləmək olar, müqavimətlə yox. Mən polisə müqaviməti təqdir etmirəm. Digər tərəfdən, istənilən polis də səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir. Bunu ondan polis rəhbərliyi də, qanun da tələb edir».
GÜLƏR ƏHMƏDOVA: «CİNAYƏTKARLA HƏR CÜR RƏFTAR ETMƏK OLAR»
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Gülər Əhmədova deyir ki, nazirlik hadisəyə münasibət bildirəcək (deputatın vikrini solda videoda izlə):
- Mən əminəm ki, Daxili İşlər Naziriyi bunu araşdıracaq. Hesab etmirəm ki, kiminsə buna münasibəti yaxşıdır. Biz bilmirik ki, həmin qadın cinayət işləyib-işləməyib, kimdir, nəçidir. Amma görüntü olaraq xoş bir şey deyil. Əminəm ki, DİN bunu araşdıracaq, çünki sosial şəbəkələrdə yayılıb və kifayət qədər insan görüb.
- Cinayətkarla hər cür rəftar etmək olar. Söhbət bu qadından getmir. Bəzən elə cinayət olur ki, ən yumşaq şəraiti polis yaradır. Məsələn, kiçik qızı öldürən atayla ananı camaatın əlinə versəydilər, onları məhkəmədə öldürərdilər.
«QADIN CİNAYƏTKAR DA OLSA, POLİS ONUN SÜRÜYƏ-SÜRÜYƏ, YARIMÇILPAQ APARA BİLMƏZ»
«Polisin vətəndaşa qarşı, xüsusən də qadına qarşı belə zorakı davranışı yolverilməzdir». Keçmiş polis rəisi Mahmud Hacıyev belə deyir və baş verənləri xuliqanlıq kimi qiymətləndirir:
Qadın Hüquqları Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu isə düşünür ki, polisləri işə götürəndə onların psixoloji durumunu öyrənmək, testdən keçirmək lazımdır.
«ANAN-BACIN VAR»
«Burax məni, burax gedim...».

«Araşdırma nəticəsində hadisəyə hüquqi qiymət veriləcək».
Orxan Mansurzadə qadının kimliyinin hələlik müəyyənləşdirilmədiyini də bildirdi.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov isə APA-ya deyib ki, DİN belə halları birmənalı şəkildə pisləyir:
«Bu fakt ciddi şəkildə araşdırılır. Bizdə məlumat var ki, həmin hadisə bir neçə ay əvvəl baş verib. Belə hərəkətə yol vermiş şəxslər polis orqanlarında işləyə bilməzlər və onlar birmənalı şəkildə daxili işlər orqanlarında xidmətdən xaric ediləcəklər».
«AZƏRBAYCAN MENTALİTETİ, AZƏRBAYCAN KİŞİLƏRİ HAQDA DEYİLƏNLƏR ƏFSANƏDİR»
Baş verənlərə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun reaksiyası belə oldu:
«Biz uşaqlıqdan hər gün eşidirik ki, Azərbaycan mentaliteti, Azərbaycan kişiləri, müsəlmançılıq, qadınlara, analara hörmət və s. Ancaq bu cür hadisələri görəndə başa düşürsən ki, bütün bunlar əfsanədir. Biz görürük ki, vətəndaşlara kömək etməli, qanunları qorumalı, ən birinci zəif vətəndaşları, o cümlədən qadınları qorumalı olan polislər vətəndaşlara əl qaldırırlar, pis rəftar edirlər».
Leyla Yunus Prezident Administrasiyasında ictimai-siyasi şöbənin Əli Həsənovun son çıxışlarından birində qadınlarla bağlı dediklərini yada salır. Əli Həsənov qeyri-hökumət təşkilatları ilə bağlı konfransda İctimai Palatanın aksiyalarına toxunaraq demişdi:
«Təsəvvür edirsiz, İctimai Televiziyanın qarşısında bunlar nə oyundan çıxdılar. Adamın dili gəlmir oradakılara xanım desin. Özlərini atıb yerə, nələri vardı tökdülər camaatın qarşısına. Ayıbdır. Dədə-babadan görmüşük ki, xanımlar xeyirdə-şərdə bəlli bir məsafə gözləyərlər. Məgər bu, Azərbaycan xanımına yaraşan hərəkət idimi?».
Leyla Yunus deyir ki, nə vaxta kimi bu təfəkkürə sahib insanlar hökumətdə işləyəcək, o vaxta kimi də qadınlara münasibət, onlarla rəftar dəyişməyəcək. Son olaraq Leyla Yunus son 5 ildə Azərbaycanda polisin qadınlara, uşaqlara qarşı kobud davranışının artdığını deyir.
ƏLİ ƏHMƏDOV: «VƏTƏNDAŞ POLİSƏ MÜQAVİMƏT GÖSTƏRMƏKLƏ SƏHVƏ YOL VERİR»
YAP sədrinin müavini Əli Əhmədov isə AzadlıqRadiosuna deyib ki, həmin videonu görmədiyi üçün qiymət verməkdə çətinlik çəkir. Amma hesab edir ki, hər bir vətəndaş qanun keşiyində duran polisə müqavimət göstərməklə səhvə yol verir:
«Polis hər hansı vətəndaşı şöbəyə dəvət etməkdə səhvə yol verirsə, bunu polisə getməklə sübut eləmək olar, müqavimətlə yox. Mən polisə müqaviməti təqdir etmirəm. Digər tərəfdən, istənilən polis də səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir. Bunu ondan polis rəhbərliyi də, qanun da tələb edir».
GÜLƏR ƏHMƏDOVA: «CİNAYƏTKARLA HƏR CÜR RƏFTAR ETMƏK OLAR»
Yeni Azərbaycan Partiyasının üzvü, deputat Gülər Əhmədova deyir ki, nazirlik hadisəyə münasibət bildirəcək (deputatın vikrini solda videoda izlə):
Gülər Əhmədova Polisin sürüdüyü qadın haqqında VİDEO
- Mən əminəm ki, Daxili İşlər Naziriyi bunu araşdıracaq. Hesab etmirəm ki, kiminsə buna münasibəti yaxşıdır. Biz bilmirik ki, həmin qadın cinayət işləyib-işləməyib, kimdir, nəçidir. Amma görüntü olaraq xoş bir şey deyil. Əminəm ki, DİN bunu araşdıracaq, çünki sosial şəbəkələrdə yayılıb və kifayət qədər insan görüb.
- Cinayətkarla belə rəftar etmək olarmı?
- Cinayətkarla hər cür rəftar etmək olar. Söhbət bu qadından getmir. Bəzən elə cinayət olur ki, ən yumşaq şəraiti polis yaradır. Məsələn, kiçik qızı öldürən atayla ananı camaatın əlinə versəydilər, onları məhkəmədə öldürərdilər.
«QADIN CİNAYƏTKAR DA OLSA, POLİS ONUN SÜRÜYƏ-SÜRÜYƏ, YARIMÇILPAQ APARA BİLMƏZ»
«Polisin vətəndaşa qarşı, xüsusən də qadına qarşı belə zorakı davranışı yolverilməzdir». Keçmiş polis rəisi Mahmud Hacıyev belə deyir və baş verənləri xuliqanlıq kimi qiymətləndirir:
«Polis haqda qanun var, daxili təlimat var. Bunların heç birində göstərilmir ki, polis hər hansı qadını, hətta cinayətkar da olsa, sürüyə-sürüyə, yarımçılpaq vəziyyətdə apara bilər. Cinayətkarla da rəftar qaydası var. Onun əməlinə istintaq, məhkəmə qiymət verəcək. Hətta cinayət başında yaxalanan insanla da belə davranmaq olmaz, bu, qanun pozuntusudur. Yalnız təxirə salınmayan hallarda belə davranmaq olar, o da həyati təhlükə olarsa».