Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Nobel mükafatının məbləği azaldıldı


Nobel mükafatının məbləği 20 faiz azaldılır. Bu barədə Nobel Fondu bildirib.

Səbəb Avropadakı maliyyə böhranıdır.

Stokholmda yerləşən fondun yaydığı məlumata görə, elm, ədəbiyyat və sülh sahəsində verilən mükafatların məbləği 8 milyon İsveç kronu (1,12 milyon dollar) səviyyəsinə salınır.

İndiyəcən mükafatların dəyəri 10 milyon kron idi.

Fond bildirir ki, bu məbləğ mükafatı 1901-ci ildə təsis etmiş Alfred Nobelin həmin məqsədlə vəsiyyət etdiyi pulun illik faizini axır 10 ildə keçirdi.

Ona görə də məbləği azaltmağa məcbur olublar.

Mükafatlandırma mərasimi və fondun idarəçiliyi üçün xərclər də azaldılacaq.

Yeni şərtlər bu ilki laureatlara da aid olunacaq.
XS
SM
MD
LG