Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 03:12

Bakı yenə ən bahalı 50 şəhər arasındadır


Bakı
Bakı
Azərbaycan paytaxtı dünyanın ən bahalı şəhərləri siyahısında 2011-ci ilə nisbətən 1 pillə geriləyərək 49-cu yeri tutub.

«APA»nın məlumatına görə, dünyanın 214 şəhərini əhatə edən bu siyahı «Mercer» beynəlxalq konsaltinq və investisiya şirkəti tərəfindən hər il tərtib edilir.

Şəhərlərin siyahısı 200-dən artıq mal və xidmətlərin qiymətləri əsasında tərtib olunur. Builki siyahıya Yaponiyanın paytaxtı Tokio şəhəri başçılıq edir. Bu şəhərdən başqa ilk beşlikdə Anqolanın paytaxtı Luanda, Tokionun Osaka şəhəri, Rusiya paytaxtı Moskva və İsveçrənin Cenevrə şəhərləri yer alıb.

Yer Şəhər Ölkə
1 Tokio Yaponiya
2 Luanda Anqola
3 Osaka Yaponiya
4 Moskva Rusiya
5 Cenevrə İsveçrə
6 Sürix İsveçrə
7 Sinqapur Sinqapur
8 Ndjamena Çad
9 Honq Konq Honq Konq
10 Naqoya Yaponiya
... ... ...
40 Bamako Mali
41 Abican Kot d’İvuar
42 Roma İtaliya
43 Brazzavil Konqo
44 Cibuti Cibuti
45 Brazilia Braziliya
46 Stokholm İsveç
47 Numeya Yeni Kaledoniya
48 Vyana Avstriya
49 Bakı Azərbaycan
50 Viktoriya Seyşel adaları
XS
SM
MD
LG