Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 15:20

Ekologiya Nazirliyi əhaliyə çağırış etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) havaların isti keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanğın təhlükəsi gözlənilən ərazilərdə 708 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqların çəkilməsinə və əvvəlki illərdə çəkilmiş 645 kilometr köhnə zolaqların təmir edilməsi işlərinə başlanılıb.

Nazirlik bildirir ki, qabaqlayıcı tədbirlərin nəticəsi olaraq respublika ərazisində meşə yanğını hadisələrinin sayı əvvəlki illərə müqayisədə minimuma endirilib.
This item is part of
XS
SM
MD
LG