Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:43

Liviyada Britaniya səfirinin maşını atəşə tutulub


Liviyada Benqazi şəhərində Britaniya səfirinin olduğu maşın atəşə tutulub. Britaniya vətəndaşı olan iki mühafizəçi yaralanıb. Səfir Dominic Eskvit xəsarət almayıb.

Hələlik hücumu kimin təşkil etdiyi məlum deyil. Bundan əvvəl isə Benqazidə BMT və Qırmızı Xaç əməkdaşları da silahlı hücuma məruz qalmışdı.

Keçən il vətəndaş müharibəsi dövründə Benqazi Muammar Qəddafiyə qarşı olan müxalifətin əsas mərkəzi sayılırdı. Münaqişədən sonra da Benqazidə silahlılar fəaldır.
XS
SM
MD
LG