Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Nazirlik: «Atəşkəs rejimi intensiv pozulub»


Arxiv foto: Sərhəd məntəqəsi
Arxiv foto: Sərhəd məntəqəsi
Müdafiə Nazirliyinin iyunun 12-də yaydığı məlumata görə, cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.

Nazirliyinin mətbuat xidməti bildirir ki, Ermənistan ordusunun bölmələri iyunun 11-i saat 8-dən bu gün səhər saat 8-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edib.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.

Son bir həftədir ki, cəbhə bölgələrindən atəşkəsin pozulması xəbərləri gəlir. İyunun 4-də 3 erməni əsgəri, iyunun 5-də isə 4 Azərbaycan əsgəri həlak olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG