Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:05

«Səhər» telekanalının müxbirinə 2 il həbs cəzası verilib


İyunun 11-də Bakı Binəqədi rayon Məhkəməsində 2008-ci ildən İranın «Səhər» telekanalının Bakı nümayəndəliyində müxbir kimi çalışan Anar Bayramova hökm oxunub. Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum edib.

Anar Bayramov bu il fevralın 17-də həbs olunub. Qanunsuz yolla narkotik maddə əldə edib saxlamaqda ittiham olunurdu. O, saxlanılarkən polis iddia edirdi ki, üzərindən 0.0387 qram heroin tapıblar.

1 aya yaxın davam edən məhkəmə proseslərində şahid qismində Anar Bayramovu həbs etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları dindiriliblər.

Anar Bayramov isə ittihamları qəbul etməyib və həbsini telekanaldakı fəaliyyəti ilə əlaqələndirib.

Onun vəkili Anar Qasımlı bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.
XS
SM
MD
LG