Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 13:40

Gürcü milyarderi 77 milyon dollar cərimə olundu

Tbilisi məhkəməsi milyarder müxalifət lideri Bidzina Ivanishvilini 77 milyon dollar cərimə edib. Məhkəmə onu seçicilərə havayı peyk antenləri paylamaqla seçki qanunvericiliyini pozmaqda və səsləri satın almaqda günahkar bilib.

İvanishvilinin vəkilləri isə qərarın siyasi motivli olduğunu və apelyasiya şikayəti verəcəklərini bildiriblər.

İvanishvilinin Gürcü arzusu hərəkatı bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində hakim partiyaya rəqib olmağa hazırlaşır. Milyarder özü isə gələn il – 2013-cü ildəki prezident seçkisində iştirak etmək istəyir.
This item is part of
XS
SM
MD
LG