Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 21:19

Qırğızıstanda ən böyük məscid açılıb

Qırğızıstanda 400-dən çox adamın ölümünə və on minlərlə insanın evsiz-eşikiz qalmasına səbəb olmuş etnik qarşıdurmanın ildönümü münasibətilə Oş vilayətində ölkənin ən böyük məscidinin açılışı olub.

2010-cu ilin iyunun 10-da Oşda yerli özbəklər və qırğızlar arasında bir neçə gün qarşıdurma davam edib.

Prezident Almazbek Atambaev bugünkü açılış mərasimində bildirib ki, “İslam birlik dinidir” və “Qırğızıstanın hər bir vətəndaşı xatırlamalıdırlar ki, onlar bir ölkənin nümayəndələridirlər”.

Məscidin 20 min nəfərlik tutumu var. onun tikintisi vətəndaşlardan toplanan vəsaitlə, eləcə də Türkiyə və Səudiyyə Ərəbistanı hökumətlərinin dəstəyilə baş tutub.
This item is part of
XS
SM
MD
LG