Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:59

İran qadınların kişilərlə birlikdə futbol izləməsinə qadağa qoyub


İran hakimiyyəti qadınların kişilərlə bir yerdə Avro-2012-yə baxmasına qadağa qoyub. Hakimiyyət hesab edir ki, barda, kafedə və restoranlarda qadınların kişilərlə birlikdə futbola baxması qadınların mənəvi simasını zədələyə bilər.

Frans Press yazır ki, polis rəisinin müavini Bahman Karqar hesab edir ki, qadınla kişinin bir yerdə futbola baxması yersizdir.

"Kişilər oyuna baxanda özlərini ədəbsiz aparırlar və iyrənc zarafatlar etməyi özlərinə eyib bilmirlər. Qadınların belə bir cəmiyyətdə futbola baxmağı düzgün deyil. Onlar belə bir qərara görə polisə təşəkkür etməlidir" deyə İran polisi bildirib.
XS
SM
MD
LG