Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

Daha 7 Avropa ölkəsi Belarusa qarşı sanksiyalara qoşulur


Belarus Avropa Birliyinə daxil olmayan 7 Avropa ölkəsinin Mİnskə qarşı sanksiyalara qoşulmaq qərarından təəssüf bildirib.

Belarus Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, sanksiyalar mübahisəli məsələlərin həllinə mane olur.

Qeyd edək ki, Avropa Birliyi bundan əvvəl Belarusa qarşı sanksiyalat tətbiq edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Albaniya, Makedoniya, Serbiya, Xorvatiya, Çernoqoriya, İslandiya və Lixtenşteynin bu sanksiyalara qoşulacaqlarını bəyan edib.

Söhbət insan haqlarının pozulmasına görə, yüksək səviyyəli Belarus rəsmilərinə viza verilməməsi və onların bank hesablarının dondurulmasından gedir.
XS
SM
MD
LG