Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 14:10

Əfqanıstandakı NATO qüvvələrinin komandanı Kabildən üzr istəyib


Əfqanıstandakı NATO qüvvələrinin komandanı Jonh Allen Lohar əyalətində keçirilmiş hava əməliyyatı zamanı dinc sakinlərin ölümünə görə üzr istəyib.

John Allen cümə günü əyalətin qubernatoru ilə görüşüb, insidentdə görə üzr istəyib.

NATO komandanlığı bundan sonra bəyanat yayaraq əməliyyat zamanı yaraqlılarla yanaşı dinc sakinlərin də ölümünü təsdiqləyib.

Əfqanıstan hakimiyyətinin məlumatına görə çərşənbə günü keçirilmiş əməliyyat zamanı 18 dinc sakin ölüb, ki, onların yarısı uşaqlardır.

Bu cür insidentlər Əfqanıstandakı beynəlxalq koalisiya ilə Əfqanıstan hökuməti arasında münasibətləri daima gərginləşdirir.
XS
SM
MD
LG