Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 22:00

NATO-nun Əfqanıstandan çıxması ərəfəsində Pekinlə Kabul arasında razılaşma imzalanıb



Çinin prezidenti Hu Jintao və onun əfqan həmkarı Hamid Karzai iyunun 8-də əlaqələri gücləndirməyə dair razılaşma imzalayıblar. Onlar NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxması dövründə daha sıx əməkdaşlıq etməyə razılaşırlar.
Pekində imzalanmış birgə bəyannamədə Çinin Əfqanıstana 24 milyon dollar yardım verməsi də nəzərdə tutulur.

Əfqanıstan da Çində müsəlman uyğurların yaşadıqları Sincan əyalətinə Pekinin suveren hüquqlarını tanıdığını vurğulayıb.

Çinin NATO qüvvələrinin Əfqanıstandan geri çəkilməsində əsas rol oynaması planlaşdırılır. Artıq Hindistan, İran və Pakistan da ordunun geri çıxarılması zamanı öz dövlət maraqlarını təmin etməyi razılaşdırıblar.
XS
SM
MD
LG