Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 15:00

Anarın «Dədə Qorqud» povesti Moskvada təkrar nəşr edilib


Anar
Anarın məşhur «Dədə Qorqud» povesti Moskvadakı «Mərcani» nəşriyyatında çıxıb.
Xəbəri AzadlıqRadiosuna Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən veriblər.
Mətbuat xidmətindən bildiriblər ki, bu, «Dədə Qorqud»un Moskvada üçüncü təkrar (1980-1989) nəşridir.

Üçüncü kitabın özəlliyi nəşrə rəssam Toğrul Nərimanbəyovun tərtibat verməsidir.

Kitab mərhum moskvalı türkoloq Xalıq Koroğlunun vaxtilə yazdığı Ön Sözlə açılır.
Kitaba moskvalı alimlər D.D.Vasilyevin və T.A.Anıkıyevanın fikirləri və şərhləri də əlavə edilib.

Anarın «Dədə Qorqud» pyesi əsasında «Azərbaycanfilm» studiyasında film də çəkilib.
Əsər özü isə indiyədək bir çox ölkələrdə çap olunub.

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
XS
SM
MD
LG