Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı yenidən həbsxanaya dönür.
Bu barədə o, elə həbsxanaya gedərkən məlumat verib:
«İndi yoldayam. Penitensiar Xidmətə gedirəm, müəyyən proseduralardan keçəndən sonra günün sonunda cəza çəkdiyim 16 saylı həbsxanaya dönəcəm».
Arif Hacılı anasının vəfatı ilə əlaqədar mayın 31-də 1 həftəliyə azadlığa buraxılıb.
O, İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi icazəsiz etiraz aksiyası zamanı saxlanıb. Səbail rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2011-ci il 2 aprel aksiyasına görə həbs olunanlardan indiyə qədər 4 nəfər buraxılıb. (Arif Alışlı, Elnur Məcidli, Elnur İsrəfilov, Elşən Həsənov). 11 nəfər isə hələ də həbsdədir.