Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

AŞPA həmməruzəçiləri iyunun 12-də Azərbaycana gəlir


AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debono GrechPedro Agramunt iyunun 12-14-də Azərbaycanda səfərdə olacaqlar.

Bu barədə APA-ya AŞPA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında ədalət məhkəməsi, dözümlülük, yerli və regional demokratiyalarla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dəyərləndirməkdir.

Həmməruzəçilər Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Quba rayonunda dini icmaların və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Həmməruzəçilər Azərbaycanda sonuncu dəfə 31 yanvar – 2 fevral tarixlərində olublar.
XS
SM
MD
LG