Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

Yəməndə azı 20 yaraqlı öldürülüb


Yəmənin cənubunda Jaar şəhəri ətrafında hərbçilərlə qarşıdurma zamanı azı 20 yaraqlı öldürülüb. Hərbçilərin tərəfində vuruşan yerli tayfandan da 5 nəfər öldürülüb. Bu haqda yerli sakinlər məlumat verib.

Əməliyyat zamanı hərbi təyyarələrdən istifadə edilib. Onlar yaraqlıların olduğu yerlərə hava zərbələri endiriblər.

Yəmən hakimiyyəti keçən il radikal islamçıların ələ keçirdiyi Abiyan əyalətində nəzarəti ələ almağa çalışırlar. Yəmən ordusuna kömək üçün ABŞ-ın pilotsuz təyyarələri də yaraqlıların bazalarına zərbələr endirir.
XS
SM
MD
LG