Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Mart, çərşənbə, Bakı vaxtı 13:29

Rusiya qoşunların təmas xəttinda baş verənlərdən narahatdır


Foto arxiv
Rusiya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrdən narahatdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə, güc tətbiqindən çəkinməyə çağırır.

Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun digər həmsədrləri ABŞ və Fransa son zamanlar qoşunların təmas xəttində baş verən hadisələrdən narahatlıq bildiriblər.

Bu günlərdə qoşunların təmas xəttində 5 Azərbaycan əsgəri öldürülüb.
XS
SM
MD
LG