Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 02:52

«Sarı gəlin» sənədli filminin təqdimatı olacaq


İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində «Ankaf» şirkətinin istehsal etdiyi «Sarı gəlin» sənədli filminin təqdimatı keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsin gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər.

Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Hakas Respublikası və Moldovanı təmsil edən folklor kollektivlərinin ifasında «Sarı gəlin» mahnısı ifa ediləcəkdir.

Filmim baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır
XS
SM
MD
LG