Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

ŞƏT liderləri İrana, Suriyaya güc tətbiq edilməsinin əleyhinədir


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderləri İrana qarşı beynəlxalq gücdən istifadəni "qəbuledilməz" sayıblar. Onlar bunu qlobal təhlükəsizliklə izahj ediblər.

İyunun 7-də Pekində davam edən iki günlük sammitin sonunda liderlər bəyanat imzalayıblar. Bəyanatda deyilir ki, "İran probleminin güc qüvvələrindən istifadə edilərək həbs olunması qəbuledilməzdir və hadisələrin gedişini proqnozlaşdırmaq mümkün olmayacaq".

Suriya ilə bağlı liderlər tərəfləri dialoqa çağırıb.

Bəyanat müəllifləri Yaxın Şərqdə "hərbi müdaxilənin, güc ilə hakimiyyət dəyişikliyinin, birtərəfli sanksiyaların" əleyhinədir.

Şanxay Əməkdaşlıq Təşkilatı sammitdə Əfqanıstana müşahidəçisi statusu verilməsinə razılaşıb. İran, Pakistan, Hindistan və Monqolustan da təşkilatda bu statusu daşıyır.

Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
XS
SM
MD
LG