Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:58

Sahib Kərimov həbsdə qaldı


İyunun 7-də Bakı Apelyasiya Məhkəməsində AXCP sədrinin müşaviri Sahib Kərimovun məhkəmə prosesi keçirilib.

Hakim Abidin Abidinbəyovun sədrliyi ilə keçirilən prosesdə Sahib Kərimovun şikayəti təmin olunmayıb.

Apelyasiya şikayəti Qaradağ rayon məhkəməsinin qərarından verilmişdi. Sahib Kərimov cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmişdi. Ancaq həmin müraciət təmin edilməmişdi.

2 aprel məhbuslarından olan S. Kərimov ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunur.
XS
SM
MD
LG