Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:28

Suriyanın Hama əyalətində kütləvi qırğın olduğu bildirilir


Suriyanın Hama əyalətində hökumət qüvvələri tərəfindən 80-dən çox adam öldürülüb. Bu barədə ölkə müxalifəti məlumat yayıb.

Fəallar əl-Qubair və Maarzaf kəndlərində baş vermiş hadisəni «qırğın» adlandırıblar. Ölənlər arasında 40-dan çox qadın və uşağın olduğu bildirilir.

Suriya hökuməti isə bu ittihamın «tamamilə yalan» olduğunu söyləyib.

Yerli Koordinasiya Komitəsi bildirib ki, yalnız Əl-Qubairədə 78 adam ölüb. Onlar iddia edirlər ki, bununla təhlükəsizlik qüvvələri tərəfindən bu kənddə öldürülənlərin sayı 140-a çatıb.

Hökumət televiziyası isə məlumat yayıb ki, Həmada «terrorçu qruplar müdhiş cinayət» törədib. Televiziya 9 adamın öldüyünü bildirib.

Məlumatı müstəqil mənbələrlə təsdiqləmək mümkün olmayıb.

İki həftə əvvəl Homs əyalətində 108 adam öldürülmüşdü.

BMT-nin qiymətləndirməsinə görə, avtoritar rejimə qarşı üsyanın başladığı 15 ay ərzində 9 min adam öldürülüb.
XS
SM
MD
LG