Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:02

Müxalifətlə görüşməyən ABŞ rəsmisi, «Eurovision»dan sonra ziyana düşənlər...


Mətbuat icmalı
Mətbuat icmalı
HİLLARY CLİNTON DAĞIDICI MÜXALİFƏTİN ARZUSUNU ÜRƏYİNDƏ QOYDU

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Hillary Clinton dağıdıcı müxalifətin ciddi cəhdlərinə baxmayaraq, onlarla görüşməyib. Məlumat üçün bildirək ki, hələ «Eurovision-2012» yarışması ərəfəsində «İctimai Palata» adlanan qurumda birləşmiş dağıdıcı müxalifət başçıları ölkəmizə səfərə gəlmiş xarici jurnalistlərlə, xarici anti-Azərbaycan dairələrin nümayəndələri ilə, habelə bəzi ölkələrin və beynəlxalq təşkilatların 5-ci, 10-cu dərəcəli təmsilçiləri ilə görüşürdülər. Görüşlərilə bağlı qəzetlərinin səhifələrində böyük materiallar dərc edirdilər və bunu da özləri üçün ciddi uğur hesab edirdilər. Hillary Clinton regiona səfəri çərçivəsində Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələrilə görüşmüşdü. Lakin xanım Clinton Azərbaycandakı dağıdıcı müxalifət başçılarının arzusunu ürəyində qoydu və onlarla görüşmədi. Bu fakt isə sübut edir ki, radikal müxalifət Azərbaycan cəmiyyətində real sosial bazaya malik qüvvə deyil və sosiumu təmsil etmir. Bir daha anlaşıldı ki, dağıdıcı müxalifət nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda ciddi qəbul olunur».

NEFT ÇƏNİNİN DİBİ GÖRÜNDÜ

«Bizim yol» qəzeti iqtisadçı Zöhrab İsmayıla istinadən yazır ki, 2016-cı ildən başlayaraq Azərbaycan neft-qaz gəlirləri kəskin azalmağa başlayacaq:

«Azərbaycan Dövlət Neft Fondunun proqnozlarına əsasən, 2012-2024-cü illər ərzində «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqları üzrə fondun gəlirləri 13,1 milyard dollardan 9,2 milyard dollaradək azalacaq. Bu məlumat fonda ünvanlanan sorğuda bildirilib. «Azəri-Çıraq-Günəşli» yataqları üzrə mənfəət neftinin satışından daxilolmaların pik səviyyəsi 2015-ci ildə gözlənilir - 15,6 milyard dolar. Sonrakı illərdə isə bu daxilolmalar azalmağa başlayacaq və 2024-cü ildə 7,6 milyard dollar təşkil edəcək».

İÇƏRİŞƏHƏR SATICILARI «EUROVİSİON»A GÖRƏ ZİYANA DÜŞÜB

Bu haqda «Yeni Müsavat» qəzetinə İçərişəhərdəki satıcılar danışıb. Qəzet yazır ki, xırda alverlə məşğul olan satıcılar xeyli mal aldıqlarını, indi isə mallarının əllərində qaldıqlarını bildiriblər. Turistlər isə daha çox üzərində Azərbaycan atributları olan, soyuducuya yapışdırılan aksessuarlardan alıblar. O da ən ucuz mal sayılırmış – qiyməti 2 manat. «Biz fikirləşirdik ki, «Eurovision»dan sonra milyoner olacağıq. Danışırdılar ki, guya minlərlə turist gələcək ölkəyə».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG