Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:44

Mayda Azərbaycanda ərzaq ucuzlaşıb


Foto arxiv
Foto arxiv
Bu ilin mayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlər 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiyməti isə sabit qalıb.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində un, çörək, makaron məmulatları, qarabaşaq yarması, habelə mal, qoyun və toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, kərə yağı, günəbaxan və zeytun yağı, şəkər və şəkər tozu, ümumilikdə meyvə və tərəvəzin qiyməti ucuzlaşıb.

Amma mayda limon, naringi, çuğundur, kök və soğanın qiymətlərində bahalaşma müşahidə olunub.
XS
SM
MD
LG