Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Сlinton'un Bakı görüşləri və vətəndaş cəmiyyətinin gözləntiləri… [Video]


Сlinton'un Bakı görüşləri və vətəndaş cəmiyyətinin gözləntiləri…
Gözlə

No media source currently available

0:00 0:54:05 0:00
Direct-ə keçid

REAL Hərəkatının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus və «Nida» Vətəndaş hərəkatının üzvü Turqut Qəmbər ABŞ Dövlət katibi Hillary Clinton'un Bakıdakı görüşləri və səfərin mümkün nəticələri haqqında danışırlar.

-
«Gözləyirdik ki, Hillary Clinton’un Azərbaycana səfəri zamanı insan hüquqları ilə bağlı vəziyyət daha geniş müzakirə olunacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər ABŞ Dövlət katibi Hillary Clinton'un Bakı səfəri haqqında danışarkən deyib. T.Qəmbərin fikrincə, H.Clinton'un əvvəlki səfəri bu cür düşünməyə əsas verirdi:

«2010-cu ildə xanım Clinton Azərbaycana səfər edəndə gənclər təşkilatları ilə, gənc liderlərlə görüşmüşdü. Gözləyirdik ki, bu dəfə vətəndaş cəmiyyətinin daha geniş spektri ilə, partiyalarla görüşəcək. Görünür, bu dəfə prioritet enerji məsələləri, iqtisadiyyat və s. idi».

T.Qəmbər deyir ki, buna faciə kimi baxmaq və bunu ABŞ-ın insan hüquqları problemlərini ikinci plana atması kimi dəyərləndirmək olmaz.

İNSAN HAQLARI MÖVZUSU AZƏRBAYCAN RƏHBƏRLİYİNİ QICIQLANDIRIR

REAL Hərəkatının sədri İlqar Məmmədov isə deyir ki, H.Clinton'un Azərbaycan rəsmiləri qarşısında insan hüquqları məsələsini qaldırması ABŞ-Azərbaycan münasibətlərinə təsir edə bilər:

«Onun məsuliyyəti Azərbaycanla münasibətlərin inkişafını təmin etməkdir. Onun öz mandatı var və bu mandatın içərisində enerji, təhlükəsizlik, ABŞ-ın mənfəəti kimi məsələlər var. Onların arasında insan hüquqları da var. Lakin hər dəfə səfər edəndə, Azərbaycan rəhbərliyi üçün qıcıqlandırıcı mövzu olan insan haqları mövzusunu qaldıranda, o bir dövlət katibi kimi Azərbaycanla münasibətləri korlaya da bilər».

İ.Məmmədov H.Clinton'un insan hüquqları mövzusuna birbaşa baxmamasını normal dəyərləndirdiyini deyir.

ABŞ AVTORİTAR REJİMLƏRİ DƏSTƏKLƏYİR

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, o, da H.Clinton'un Azərbaycan hakimiyyətinin öhdəliklərini yerinə yetirməməsinə diqqət yetirəcəyinə ümidli idi:

«ABŞ həmişə avtoritar rejimləri dəstəkləyib, o vaxta kimi ki, vəziyyət çox gərgin olsun. İndi qan töküləndən sonra H.Clinton deyir ki, Bashar Assad getməlidir. Bu siyasət uzaqgörən deyil, ağılsız siyasətdir».

L.Yunus deyir ki, ABŞ-ın şərq-islam ölkələri ilə bağlı bu cür siyasətinin nəticəsi olaraq bu cəmiyyətlərdə anti-amerikan münasibət formalaşır.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG