Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 13:55

Qazaxıstan sərhədçisi 14 yoldaşını öldürüb


Qazaxıstan sərhədçisi Vladislav Çelax əsgər yoldaşlarını öldürdüyünü boynuna alıb.

Bu barədə İnterfaks agentliyi Alma-Atı vilayət rəhbərliyindəki mənbələrə istinadla xəbər verir.

Mayın sonunda yanmış “Arkankerqen” sərhəd zastavasında 14 nəfərin yanmış cəsədi aşkar edilib.

Vladislav Çelaxa isə itkin düşmüş hesab olunurdu.

Daxili işlər nazirliyi hələ həmin vaxt əsgərin əlində silah olduğunu və hadisənin daxili münaqişə zəmnində baş verdiyini demişdi.
XS
SM
MD
LG