Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

Azərbaycan ordusunun itkiləri... [Video]


Azərbaycan ordusunun itkiləri...[VİDEO]
Gözlə

No media source currently available

0:00 0:20:38 0:00
Direct-ə keçid

Ishden Sonra -5 Iyun 2ci saat

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli son vaxtlar orduda baş verən itkilər haqda fikirlərini bölüşürlər.

«Cəbhə xəttində müqaviləli əsgərlər olsaydı, o zaman bu itkilər daha az olardı»

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli son vaxtlar orduda baş verən itkilər haqda danışarkən deyib. Onun fikrincə, Azərbaycan ordusu cəbhə xəttinə daha təcrübəli əsgərləri yerləşdirməlidir:

«Cəbhə xəttinə 18 yaşlı, arıq, fiziki cəhətdən zəif uşaqları göndərmək olmaz. Onların yerində müqaviləli əsgərlər olmalıdır. Gəncləri elə bir ciddi biliyi olmadan, 1 aylıq karantin müddətindən sonra dərhal cəbhə xətinə göndərirlər. Onlar da orda ən azı düşmən gülləsindən gizlənməyin yollarını belə bilmədən şəhid olurlar…».

C.Sümərinli deyir ki, atəşkəs uzunmüddətli olaraq planlaşdırılırsa, cəbhə xəttindəki əsgərlər müqaviləli əsgərlərlə əvəz olunmalıdır. O həmçinin bildirir ki, Ermənistan ordusu insan resurslarındakı qıtlığın qarşısını almaq və itkiləri azaltmaq üçün müqaviləli sistemə keçməyə başlayıb.

«BUNDAN BÖYÜK GÜZƏŞT OLA BİLMƏZ»

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli isə deyir ki, Ermənistanın itkiləri Azərbaycandan 2 dəfə çoxdur. E.Həsənlinin fikrincə, hərbi əməliyyatlar hər an başlaya bilər və Azərbaycan buna hazırdır:

«Azərbaycan ordusu iqtisadi gücünü artırır, müasir silahlar əldə edir. Daxili Qoşunlar və Müdafiə Nazirliyi 3 ildən artıqdır ki, Qarabağa görə birgə hərbi təlimlər keçirir. Keçirilən hərbi parad da göstərdi ki, Azərbaycanın gücü var…».

E.Həsənli deyir ki, ABŞ, Rusiya, Fransa və digər böyük güclər Ermənistana sanksiya tətbiq etmək əvəzinə onlara yardım edirlər:

«Azərbaycandan güzəşt istənilir. Azərbaycanın torpaqları işğal edilib, 1 milyondan artıq vətəndaşı qaçqın düşüb, ölkə ərazisində 32 terror hadisəsi törədilib. Azərbaycan hələ də sülhə sadiqdirsə, bundan böyük güzəşt ola bilməz…».

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG