Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 09:13

Şanxay Əməkdaşlıq Təşkilatı Sammiti işinə başlayıb


Bu gün Pekində Şanxay Əməkdaşlıq Təşkilatı Sammiti işinə başlayıb. Sammitdə Mərkəzi Asiyada təhlükəsizlik, Əfqanıstandakı vəziyyət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Rusiyanı sammitdə prezident Vladimir Putin təmsil edir. O dünən Çin rəhbərliyi ilə danışıqlar aparmaq üçün Pekinə gəlmişdi.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilatın üzvləri Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistandır. Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan isə təşkilatda qonaq və müşahidəçi qismində təmsil olunur.
XS
SM
MD
LG