Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

İran Atom Enerjisi Agentliyi ilə yetərli əməkdaşlıq etmir


İran nüvə proqramının hərbi məqsədli olması şübhələrini dağıtmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə kifayət qədər əməkdaşlıq etmir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rüblük hesabatında belə deyilir. ABŞ-ın qurumdakı nümayəndəsi bildirir ki, iyunun 4-də onlara təqdim olan hesabatda açıq-aydın görünür ki, İran BMT Təhlükəsizlik Şurasının xəbərdarlıqlarına baxmayaraq uranı zənginləşdirmək fəaliyyətini davam etdirir.

ABŞ-ın yaydığı bəyanatda İranın nüvə proqramının hərbi istiqamətləri haqda şübhələri necə aydınlatmaqla bağlı tədbirlər haqda da Agentliklə qəti razılığa gəlmir və qeyri-müəyyən vəziyyətin davam etməsində maraqlıdır.
XS
SM
MD
LG