Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Hidayət Orucova prezidentin fərdi təqaüdü veriləcək


Hidayət Orucov
Hidayət Orucov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sabiq sədri Hidayət Orucov hər ay prezidentin fərdi təqaüdünü alacaq.

Bu barədə iyunun 5-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Hidayət Orucov 2006-cı ildən 2012-ci il mayın 31-ə qədər Dini Qurumlarla Is üzrə Dövlət Komitəsinin sədri olub.

Ölkədə ən çox təqaüd alanlar Prezidentinin fərdi təqüdçüləridir.

Prezident sərəncamı ilə həmin təqaüdə layiq görülən adamlar ömürlərinin sonuna qədər dövlət büdcəsindən ayda 1000 manat alırlar.

İndiyə qədər Azərbaycanda prezidentin fərdi təqüdü 468 nəfərə şamil edilib.
XS
SM
MD
LG