Rusiya prezidenti Vladimir Putin Çindədir. O prezident ilə Hu Jintao ilə görüşür. Danışıqlar bağlı qapılar arxasında keçirilir. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıqla bağlı 17 saziş imzalanacaq.
Danışıqlarda enerji və xarici siyasət məsələləri müzakirə olunacaq.
Putin səfər ərəfəsində bildirib ki, keçən il Çin ilə Rusiya arasında ikitərəfli ticarət 84 milyard dollar həcmində olub.
Putin Çinin dövlət mediasına verdiyi açıqlamasında bildirib ki, 2015-ci ildə qarşılıqlı ticarətin həcmi 100 milyard dollara, 2020-ci ilə qədər isə 200 milyard dollara çatdırılacaq.
Rusiya ilə Çin arasındakı danışıqlarda Suriyadakı vəziyyət də müzakirə olunacaq.