Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 01:35

Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycandadır

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

APA-nın məlumatına görə, general H. Kıvrıkoğlunun səfəri Azərbaycanın müdafiə nazirinin dəvəti ilə gerçəkləşib.

İyunun 8-dək davam edəcək səfər çərçivəsində H. Kıvrıkoğlunun başçılıq etdiyi heyətin müdafiə naziri Səfər Əbiyev, dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Bu, general H. Kıvrıkoğlunun Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.
This item is part of
XS
SM
MD
LG