Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 02:01

NATO Yeni Zelandiya ilə saziş imzalayıb


NATO Yeni Zelandiya ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Sənədə görə, tərəflər terrorçuluqla mübarizə, hərbi təlimlərin keçirilməsi, informasiya, təbii fəlakətlərin aradan qaldırılması ilə bağlı əməkdaşlıq edəcək.

Fərdi Əməkdaşlıq və Tərəfdaşlıq haqqında Proqram adlı sənədi Brüsseldə NATO-nun baş katibi Andres Fog Rasmussen və Yeni Zelandiyanın baş naziri Jhon Key imzalayıb.

Hazırda Yeni Zelandiyanın 200 hərbçisi Əfqanıstanda NATO-nun himayəsi altındakı beynəlxalq koalisiya qüvvələrində xidmət edir.
XS
SM
MD
LG