Keçid linkləri

2025, 18 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:55

“Əl-Qaidə” liderinin olduğu yerə zərbələr endirilib



Pakistanın şimal-qərbində “Əl-Qaidə” liderlərindən biri Abu Yahya al Libinin olduğu güman olunan yerə bir neçə raket zərbəsi endirilib. ABŞ və Pakistan mənbələrinin məlumatına görə, raket zərbələri yaraqlıların Şimali Vəziristandakı bazasına endirilib. 30-a yaxın silahlı öldürülüb. Onların arasında Abu Yahya al Libinin olub-olmadığı məlum deyil.

Liviyalı Abu Yahya al Libi “Əl-Qaidə” lideri Ayman al Zawahirinin ən yaxın tərəfdarlarındandır. O, keçən il Əfqanıstandakı ABŞ hərbi həbsxanasından qaçmışdı. Onun ələ keçirilməsi üçün 1 milyon dollar mükafat təyin olunmuşdu.
XS
SM
MD
LG