Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:48

Tripoli aeroportu yaraqlılardan geri alınıb


Liviya Təhlükəsizlik Xidmətinin əməkdaşları Tripoli aeroportunu yaraqlılardan geri alıb. Liviya daxili işlər nazirinin köməkçisi bildirib ki, aeroportu ələ keçirmiş onlarla yaraqlı tutulub.

Al-Awfea hərbi qruplaşmasının üzvləri Tripolinin əsas aeroportunu bazar günü ələ keçirmişdilər. Onların tələbi qrupun lideri azad etmək idi. Həmin şəxs bazar günü itkin düşüb. Ancaq onun itkin düşməsi, ya da hakimiyyət tərəfindən həbs olunması məlum deyil.

Tripoli aeroportuna ciddi ziyan dəyib. Texniki problemlər həll olunana qədər aeroport bir gün işləməyəcək.
XS
SM
MD
LG