Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Liviya Belorus, Ukrayna və Rusiya vətəndaşlarını azadlıqdan məhrum etdi


Liviyada hərbi məhkəmə iyunun 4-də Rusiya, Ukrayna və Belorus vətəndaşlarından ibarət qrupa hökm oxuyub.

Qrupun koordinatoru kimi adı hallanan Rusiya vətəndaşı ömürlük, başqa bir Rusiya və 3 Belorus vətəndaşı 19 il, Ukrayna vətəndaşı isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu qrup keçə ilin avqusutnda bir qrup afrikalı və liviyalı ilə birlikdə müxalifətin silahlı qriupları tərəfindən tutulub. Onların keçmiş prezident Muammar Qaddafinin tərəfində vuruşan muzdlu döyüşçülər olduqları bildirilir.

Bu, Liviya məhkəməsinin ilk bu xrakterli məhkəmə hökmüdür.
XS
SM
MD
LG