Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:40

Sabirabadlılar yenə İcra başçısı ilə görüşdülər və...


Sabirabadda İH nümayəndələriylə görüş (Foto Arxiv)
Sabirabadda İH nümayəndələriylə görüş (Foto Arxiv)
3 KƏNDDƏN 2 TƏLƏB

İyunun 4-də Sabirabadın Əsgərbəyli, Axtaçı və Qasımbəyli kəndlərinin bir qrup sakini icra başçısı ilə görüşüb. Onlar 2 tələblə çıxış ediblər:

««Kür» Vətəndaş Cəmiyyətinin əlaqələndiricisi Oqtay Gülalıyev həbsdən azad olunsun. Və 2 il öncə Kür daşqını nəticəsində evlərinə, təsərrüfatlarına dəyən ziyan aradan qaldırılsın».

Bu haqda AzadlıqRadiosuna görüş iştirakçılarından İlham Əmiraslanov danışıb:

«İcra başçısı Nazim İsmayılovla 3 kənddən 60-dək adamın görüşü oldu. Müavinlər, idarə rəhbərləri də ordaydı. Tələbimiz odur ki, daşqın vaxtı su altda qalan evlər sökülüb yenidən tikilsin, bərpa bərkitmə işləriylə bağlı ya pul verilsin, ya da qəti addım atılsın. Bundan başqa, kompensasiyalar ödənməyib hələ də, kompensasiyalar ödənsin. Biz həm də Oqtay Gülalıyevin dərhal azad olunmasını tələb etdik. O çox yaxşı insandır».

«ONUN ÜZÜNƏ DURUBLAR»

Oqtay Gülalıyev bu il aprelin 8-də Minbaşı kəndində monitorinq apararkən həbs olunub. O xuliqanlıqda ittiham olunur.

İlham Əmiraslanov deyir ki, Oqtay Gülalıyevin həbsi onlarda şübhə doğurur:

«Fəlakətdən üzü bəri camaatla ünsiyyətdə olub, biz ondan kobudluq görməmişik. Onu sadəcə məmurlar şərləyiblər. Çünki Oqtay Gülalıyev vətəndaş cəmiyyətinin rəhbəri kimi həqiqəti deyir. Bu da onlara xoş gəlmir. Onu üzünə durub həbs ediblər».

PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA AKSİYA

Kənd sakinlərindən Nizami Şirinov deyir ki, görüş nəticəsiz başa çatıb. Ona görə də kənd sakinləri qərara alıblar ki, iyunun 7-də tələblərini Prezident Administrasiyasının qarşısında səsləndirsinlər.

BU DƏFƏ GÖRÜŞ TƏKLİFİ İCRA HAKİMİYYƏTİNDƏN GƏLİB

Günün sonunda Sabirabad icra Hakimiyyətinin icra başçısının müavini Ümid Həsənovla danışdıq. O AzadlıqRadiosuna belə bir görüşün olduğunu təsdiqlədi. Və kənd sakinlərini iyunun 5-də yenidən görüşə dəvət etdiklərini bildirdi:

«Dəvət olunublar ki, sözlərini desinlər. Fövqəladə Hallar Nazirliyindən yoldaşlar olacaq, onlarla görüşməlidirlər. Tələbləri nə olacaq? Deyirlər ki, bərpa-gücləndirmə işləri qalır. Dövlət də hamısı ilə bağlı birgə qərar çıxaracaq. Hələ heç kəsə heç nə deyilməyib bərpa gücləndirməylə bağlı. Bir neçəsinin kompensasiyaları qalır, o da hesablanıb ödənəcək. Elə bir ciddi məsələ yoxdur. Yaxın 2 ayda həllini tapacaq».

O ki qaldı. Oqtay Gülalıyevin azadlığa buraxılması haqda deyilənlərə, müavin Ümid Həsənov görüşdə belə bir tələbin səslənmədiyini söylədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG